“Labco Medical Center” 2023-cü ildən etibarən laborator və poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Mərkəzləşdirilmiş klinika müasir elmi-texniki tərəqqinin inkişafına və tələblərinı cavab verən Almaniya, Çin (Mindray) dövlətlərində istehsal olunan müasir tibbi təyinatlı avadanlıqlarla təchiz olunmuşdur.
Türkiyədə "Düzen" və " Intergene" Laboratoriyaları ilə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Labco Medical Center-də 2000-ə yaxın laborator analizlər, peşəkar mütəxəssislərin həyata keçirdiyi diaqnostik müayinələr icra olunur.
Ambulator tibbi xidmət üzrə müxtəlif saylı yüksək ixtisaslı mütəxəssislər-terapevt, kardioloq, qastroenteroloq, endokrinoloq, allerqoloq, nevropatoloq, dermatoloq, fizioterapevt, uroloq, mama-ginekoloq, pediart, şüa diaqnostikası, genetika, mikrobiologiya və laboratoriya kimi xidmətlər göstərilir. Həkimlərimiz öz sahələri üzrə peşəkar mütəxəssisdirlər.
“Labco Klinik Laboratoriya Mərkəzi” olaraq məqsədimiz odur ki, pasiyentlərimizə beynəlxalq standartlara uyğun tibbi xidmət göstərməklə, ölkəmizin ən yaxşı laboratoriya və poliknik mərkəzinə çevrilməkdir. Həmçinin, ən yüksək mükəmməl tibbi xidmət göstərmək və hər kəsin güvəndiyi qabaqcıl mərkəz olmaqdır.