Dermatologiya - insan cildi və onun problemləri ilə məşğul olan tibbi bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Dermatoloji xəstələr şikayətlənirlər:
- Qaşınmadan
- Göynəmədən(yandırmadan)
- Ağrıdan
- İynələmədən(xırda sancılardan)
- Dəridə müxtəlif səpkilərin yaranmasından
Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:
Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)
Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)
Labco Klinik Laboratoriya Mərkəzində olan yüksək ixtisaslı həkim- dermatoloqumuz sizin dəri xəstəliklərinizin probleminin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək.Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması, əmək və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması, xəstənin psixiki xüsusiyyətləri vacib əhəmiyyət kəsb edir. Bu cür həkim strategiyası optimaldır və təkcədermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri, latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir.
Aknenin müalicəsi
Müalicə kompleks olur. Diaqnostika xəstəliyin kliniki əlamətləri əsasında aparılır və adətən çətinlik təşkil etmir. Diaqnozun təstiqi üçün patohistoloji müayinə tətbiq oluna bilər. Differensial diaqnoz rozaseanın pustulyoz mərhələsi ilə pustulyoz civzəli sifilid ilə aparılır.
Müalicə üçün xəstəyə antibakterial preparatlar, həmçinin,dəri piy vəzlərinin ifrazını idarə edən(roakkutan), antibiotiklər(tetrasiklin), aromatik retinoidlər, antiandrogen preparatlar təyin olunur. Kandidozun qarşısını almaq üçün antibakterial terapiyanı nistatinin qəbulu ilə birləşdirirlər. Ağır hallarda(uzun müddetli gedişdə və ya ağır kliniki əlamətlər zamanı) immunokorreksiya edən(dekaris) və mikrob əleyhinə(metronidazol) vasitələr təyin olunur. Yerli göstərişlər:tərkibində antibiotik, kükürd, rezorsin, salisil turşusu, Vidal südü, differin olan piysizləşdirici və dezinfeksiya edici məhlullarla dərinin təmizlənməsi. Dərman preparatlarından əlavə A,C,E,B qruppu vitaminlər, mikroelementlər təyin olunur. Fizioterapevtik prosedurlar tövsiyyə olunur:Ultrabənövşəyi şüalanma, elektrokoaqulyasiya, elektroforez, krioterapiya. Müalicə kursu 2-3 ay davam edir, sonra 2-3 ay ərzində köməkçi terapiya olur.
Aknenin profilaktikası vaxtı vaxtında yağlı seboreyanın aşkarlanması və müalicəsi, həmçinin dərinin gigiyenik vəziyyətdə saxlanmasıdır. Sağlamlığınızı Labco klinikasının peşakar həkimlərinə etibar edin .