Kardioloji problemlər - insan sağlamlığı üçün ciddi təhlükə yaradır və hər yaşda insanları təsir edə bilər. Kardiologiya ilə əlaqədar müayinələr müxtəlif olabilir və tibbi vəziyyətinizə və simptomlarınıza görə dəyişə bilər.

   Bununla birlikdə, aşağıdakı müayinələr kardioloji məsələləri müzakirə etmək üçün istifadə olunanlardır:

 - Anamnez (tarixçə)

 - Fiziki müayinə

 - Elektrokardiogram (EKG)

 - Ekoşəkil (ekokardiogram)

 - Stres testi

 - Koronar anjiyografi

   Labco Klinik Laboratoriya Mərkəzinin Kardiologiya şöbəsinə aparılan müayinələr:

  - Elektrokardioqrafiya ( EKQ)

  - Exokardioqrafiya

  Ürək-damar sistemi xəstəlikləri:

Taxikardiya- Ürək nayihəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.

Təngnəfəslik- karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindəndir.

Ürəyin işemik xəstəlikləri  - qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.

Stenokardiya- tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda müşahidə olunur. Əsas əlaməti ürək və ya döşarxası nayihələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokarda infarktına keçir).

Miokard infarktı - tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsidir). miokard infarktına gətirib çıxarır. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Miokard infarktının əsas əlaməti döş sümüyünün arxasında, ürək nayihəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur. Bəzən tutma ürək astması tutması ilə başlayır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur. Leykositoz olur, EÇS artır. Nəbz kiçik, tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir.

Ürək astması- Xəstəliyin səbəblərindən biri sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüzü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Sonra ürəyin işi tezləşir,qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.