Urologiya- sidik sistemi (böyrəklər, sidik torbaları, sidik kanalları) və kişi genital sistemində (prostat, xaya, kişi cinsi orqanı (penis)) ortaya çıxan problemlərlə məşğul olan tibb sahəsidir. Uroloqlar, bir çox fərqli tibbi və cərrahi müdaxilələr tətbiq edərək xəstələrin uroloji problemlərini müalicə edir.
Urologiya, həm kişilər, həm də qadınlar üçün tibbi xidmətlər təqdim edir. Qadınlar da uroloji problemlərə, məsələn, sidik yolu infeksiyaları və sidik yolu prolapsusu kimi problemlərə malik ola bilərlər.
Urologiya aid ümumi analizlər:
İdrar analizi: Bu analiz, idrar yolunda infeksiya, böyrək problemləri, idrar yolu taşları və digər uroloji xəstəliklərini aşkar etməyə kömək edir. İdrar analizi ümumi olaraq, , idrarın görünüşünü, yoğunluğunu, pH dəyərini, protein, qan və şəkər kimi maddələrin varlığını qiymətləndirir.
Qan analizi: Bu analiz, böyrək funksiyası, enfeksiyonların varlığı, idrar yolu xərçəngi və digər uroloji xəstəliklər haqqında məlumat verə bilər.
PSA (Prostat Spesifik Antigen) səviyyəsi: PSA səviyyəsi, prostat xərçəngi və prostat problemləri kimi uroloji xəstəliklərin müayinəsində və izlənməsində istifadə olunur. PSA səviyyəsi, bir qan testi vasitəsilə müayinə olunur.
Ürək elektrokardiogram (EKG): Bəzi uroloji prosedurların aparılması zamanı, məsələn, böyrək taşının kırmalanması üçün laparoskopik əməliyyatlar zamanı, anesteziya tələb oluna bilər. Bu səbəbdən, urologlar ürək sağlamlığına nəzarət etmək üçün EKG testini təklif edə bilərlər. EKG, ürəkdəki elektrik aktivliyini ölçən bir testdir.
Urologiyanın aşağıdakı bölmələri var:
- Andrologiya
- Uroginekologiya
- Uşaq urologiyası
- Qeriatrik urologiya
Varikosel nədir?
Varikosel-kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyanın 15-20%-də , Amerikada hərbi xidmətə gedənlərin isə 20%-də varikoselə rast gəlinir. Bəzən varikosel olan xaya və xayaətrafı nahiyədə ağrı olur. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər çox olur. Bunu nəzərə alaraq, varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman ərzində müalicə olunması tövsiyyə olunur. Gənc yaşlarda ailə quran, varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.
Varikosel nə vaxt müalicə edilməlidir?
Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermoqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T- nun (testosteron) miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Qeyd edilən hallar kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicə üçün əsas göstərişdir.
Hansı üsulla müalicə olunur ?
Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsuldur. Bu günə qədər istifadə olunan cərrahi üsullardan yalnız mikroskopik cərrahiyə dünya üzrə qəbul edilmişdir. Mikroskopik cərrahiyyə varikoselin müalicəsi üçün 99% effektli bir üsuldur və bu əməliyyat yalnız uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermoqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur.